Sünnətdən imtinaya görə gündə 140 dollar

DÜNYA
12:23 27.11.2013
1646
İsraildəki ana oğlunu sünnət etdirməkdən boyun qaçırdığı üçün cəzalandırılıb. Məhkəmənin qərarına görə, o, oğlunu sünnət etdirənədək gündə 140 dollar cərimə ödəməlidir.
Qadın isə deyir ki, sünnət onun oğluna əzab verməkdir: "Yəhudi olsam da, yəhudilərin bu adətinə əməl etməkdən boyun qaçırıram. Oğlumun sünnət edilməsini istəmirəm". Qüdsün Rebe Məhkəməsi (The Rabbinical Court in Jerusalem) oğlunu sünnət etdirmək istəməyən ana ilə bağlı hökmünü dəyişmək niyyətində deyil.
Netanya bölgəsində yaşayan qadını əri məhkəməyə vermişdi.
"Bu qadın oğlumun sünnət edilməsini istəmir, ayinin icrasını əngəlləyir. Mən yəhudiyəm, oğlum da yəhudidir. Buna görə də oğlumun sünnət olunmasını istəyirəm", - uşağın atası şikayət ərizəsində yazmışdı.
O, "yəhudi adət-ənənələrinə əməl etmək istəməyən" arvadından boşanmaq fikrində olduğunu bildirib.Qadın isə ərinin onu boşayacağı təqdirdə 7 aylıq oğlunu özündə saxlayacağını və onu sünnət etdirməyəcəyini deyib.Yəhudi adətlərinə görə, oğlan uşağı anadan olandan 8 gün sonra sinaqoqda sünnət olunmalıdır.Yəhudilərin "moel" dedikləri sünnət mərasimindən sonra uşağın ailəsi bayram ziyafəti verməlidir.
Qadın isə deyib: "Sünnətin nə olduğunu bilməmiş deyiləm. Elə bu səbəbdən oğluma əzab vermək, onu sünnət etdirmək istəmirəm. Məni kimsə buna vadar edə bilməz".
O, İsrailin Ali Məhkəməsinə şikayətlənəcəyini bildirib.(milli.az)

OXŞAR XƏBƏRLƏR