Supermarketlər əhalini necə aldadır? – AYLIQ HESABAT - CƏDVƏL

İQTİSADİYYAT
18:41 08.12.2012
7332

AZXEBER.COM portalı Azərbaycanda fəaliyyət göstərən süpermarketlərin noyabr ayına olan göstəricilərini təqdim edir...

BAZARSTORE --- “28 Mall”-da yerləşən filialında AzUn-a icarəyə verdiyi daxili istehsal məhsulu olan un məmulatlarının keyfiyyət baxımından aşağı olması azmış kimi, qiymətlər də digər rəqiblərlə müqayisədə çox yüksəkdir. Eyni məkanda dövriyyənin aşağı olması xərclərin qarşılanmamasına gətirib çıxarır. Bu səbəbdəndirmi yoxsa diyər səbəblərdən Bazarstore ağlın itirib, hər kəsi özü kimi görür. Ona görədə yeni reklam çarxında, insanları təhqir edərək “ağlı olan adam Bazarstordan başqa yerə gedər” ifadəsini yeni çəkdiyi reklam çarxında istifadə edib.

FAVORİT --- 1 yaşını qeyd etdi. Təbriklər. Kassada yaranan insan sıxlığı bu marketin ərazidə nə dərəcədə sevildiyini bir daha göstərir. Daxili istehsal məhsulu olan un məmulatları yüksək peşəkarlıq və keyfiyyəti ilə seçilir. “Keyfiyyətmizlə öndəyik” şüarı hələ də aktuallığını qorumaqda davam edir.

BOLMART --- daxili istehsalda Favoritdən bir qədər geridə qalır, inkişaf etməsi üçün daha fərqli və müştəri yönümlü tədbirlər görməsi zəruridir.

MAKRO --- heç bir fərqlilik və müştəri yönümlü addım atılmır, adi supermarket şəbəkəsi olaraq davam edir. Administratorların kobudluğu diqqət mərkəzindədir.

ARAZ --- müştəri yönümlü heç bir yenilik yoxdur, müştəri məmnunluğu və xidmət zəifdir.

GRANDMART --- daxili istehsalı xüsusiylə diqqət çəkir. Müştəri məmnunluğunda irəliləyişlər var.

LİFE --- kampaniya çoxluğu keyfiyyət və qiymətin üstünlüyü deyil. Eyni zamanda müştəri məmnunluğunda çox geridə qalır.

BİZİM --- müştəri məmnunluğu və keyfiyyət + xidmətin olmadığı bir bazar!

NEPTUN --- öz işçilərinə yüksək səviyyədə davranış imkanları sərgiləyən yeganə şəbəkədir. “Daxili müştəri məmnun olarsa, xarici müştəri də məmnun qalacaqdır” prinsipi təqdir olunacaq haldır.

SƏBƏT --- fresco bu şəbəkəni aldıqdan sonra bəzi narazılıqlar aradan qalxmaqdadır, amma hələ də keyfiyyət və müştəri məmnunluğunda həm Fresco, həm də Səbət brendləri çox geridədir, hal hazırda müştəri problemi yaşanır hər iki qolda.

KONTİNENTAL --- Bu il Dünyanın ən bahalı marketi seçildi.

CİTİMART --- bu market, görəsən, niyə hələ də işləyir?! Göstəriləcək heç bir müsbət yanı yoxdur. Spesifik bəzi məhsullardan başqa.

LİDER-AS --- bahalıq və anti-sanitar xidmət, heç bir məmnunluğun olmadığı bir yer.

Aşağıdakı cədvəldə olan qiymət dəyərləndirməsi, marketlərin 100 ballıq göstəricinin neçə faizini yerinə yetirdiklərini göstərir. Hər kateqoriya 20 ballıq sistemlə qiymətləndirilib.

S/s

Supermarketlər

Bu aya olan göstəricilər.

1.

Favorit

79

2.

Bazarstore

73

3.

Bolmart

70

4.

Makro

59

5.

Grandmart

58

6.

Life

58

7.

Neptun

56

8.

Araz

55

9.

Bizim

55

10.

Səbət

50

11.

Lider-As

47

12.

Kontinental

41

14.

Citimart

35

Bizim

Rahat

Favorit

Bazarstore

Səbət

Araz

Makro

Neptun

Citimart

Kontinental

Life

GrandMart

Lider-As

Bol mart

Keyfiyyət

8

15

15

13

10

13

12

14

9

13

12

14

9

14

Qiymət

14

6

18

14

14

11

15

10

6

5

10

10

9

18

Xidmət

6

10

12

12

7

9

9

10

8

10

9

11

8

8

Çeşid

14

14

18

18

9

12

13

12

7

10

14

11

11

15

Hədiyə və Kampaniya

13

1a2

16

16

10

10

10

10

5

3

13

12

10

15

Hazırladı: 

Tural Abdullayev

OXŞAR XƏBƏRLƏR