Suqovuşan şəhidi ilə bağlı sənədli filmin təqdimatı keçirilib - FOTO

Suqovuşan şəhidi ilə bağlı sənədli filmin təqdimatı keçirilib - FOTO
SOSİAL
17:21 02.11.2022
183
"İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (İMDİB) "Suqovuşanı canı bahasına azad edən şəhid Əzəmi Hüseynov haqqında sənədli film”i geniş ictimaiyyətə təqdim edib.

AZXEBER.COM xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə iki aylıq layihə çərçivəsində hazırlanan filmdə şəhidin həyat yolu təsvir olunub.

Qurumun sədri Emil Əkbərov çıxışında bu kimi filmlərin davamlı olacağını deyib: "Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan Əzəmi Hüseynov təkcə Mingəçevir deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuz illik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də Əzəmi Hüseynovdur".

Onun sözlərinə görə, daşıdığı adın haqqını verən, Şuşa həsrəti ilə böyüyüb boya-başa çatan Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub: "Əzəminin ailəsi 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni işğalına məruz qalması səbəbindən doğma yurdunu tərk etməyə məcbur olub və Mingəçevirdə məskunlaşıb. 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladığı gündən Ə.Hüseynov baş çavuş və sanitar təlimatçı kimi ordu sıralarına qoşulub. O, oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Ə.Hüseynov ölümündən sonra "Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Sənədli filmin ərsəyə gəlməsinə göstərdiyi dəstəkdən dolayı QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm”.

Daha sonra iştirakçılara üzərində filmin loqosu əks olunan disklər paylanıb.

Qeyd edək ki, bu, "İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin çəkdiyi sayca ikinci sənədli filmdir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
Azərbaycan güləşçisi Serbiyada Avropa çempionatında gümüş medal qazandı
21:47 14.03.2026
Azərbaycan güləşçisi Serbiyada Avropa çempionatında gümüş medal qazandı