Şura tərəfindən maliyyələşməyən təşkilatlar: Siyahıda deputat, keçmiş nazir, deputat oğlu da var - SİYAHI

MANŞET
17:55 07.03.2017
4363
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il birinci qrant müsabiqəsi qaliblərinin siyahısını açıqlayıb.
 
AZXEBER.COM-un məlumatına görə, siyahıda 317 təşkilatın adı var.
 
Siyahı ilə buradan tanış ola bilərsiniz: https://www.azxeber.az/az/qht-lere-dvlet-desteyi-surasi-bu-317-teskilata-qrant-ayirdi-siyahi/ 
 
Eyni zamanda müsabiqədə iştirak edən 202 təşkilat şura tərəfindən maliyyələşdirilməyib. Bu siyahıda bir çox tanınmış təşkilatların da adı var. Onlar içində millət vəkili Çingiz Qənizadə və deputat Hadı Rəcəblinin oğlu Tural Rəcəblinin təşkilatlarının adını xüsusən qeyd etmək yerinə düşər.
 
AZXEBER.COM müsabiqədə qalib olmayan tanınmış ictimai-siyasi şəxsləri və onların təşkilatlarının siyahısını təqdim edir:
 
Tanınmış hüquq müdafiəçisi Səadət Bənanyarlının sədr olduğu  "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi "Konstitusiyada təsbit olunmuş sosial hüquqların təşviqi və əhalinin həmin hüquqlar barədə maarifləndirilməsi vasitəsilə bəhrələnməsi" layihəsi maliyyələşdirilməyib. 
 
"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Təmxil Ziyaddinoğlunun "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi "Erməni faşizmi hüquqlarımıza daim təhlükədir" layihəsi ilə müsabiqədən kənar qalıb. 
 
Milli Məclisin deputatı Çingiz Qənizadənin sədri olduğu Demokratiya və İnsan Hüquqlari Komitəsinin "Ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etik normaların qorunmasına dair təbliğat tədbirlərinin təşkili" layihəsi də maliyyələşməyib. 
 
Mətbuat Şurasının üzvü, tanınmış jurnalist Yadigar Məmmədlinin sədri olduğu Azərbaycan Demokratik Jurnalistlər Liqasının "Etik normalar və milli-mənəvi dəyərlərimiz yeni media müstəvisində-ictimai müzakirələr" adlı layihəsi də maliyyələşməyib. 
 
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi də Şura tərəfindən maliyyələşdirilməyib. Qeyd edək ki, bu təşkilatın sədri Çingiz Bayramov mediada ən çox görünən təşkilat sədrlərindəndir. 
 
Jurnalist Seymur Verdizadənin sədr olduğu "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi də müsabiqədə qaliblər siyahısına düşə bilməyib. 
 
Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyinin "Qarabağ həqiqətlərinə dair beynəlxalq konfansların keçirilməsi, materialların çap edilməsi" layihəsi də diqqətdən kənar qalıb. Qeyd edək ki, təşkilatın sədri Akif Nağıdır.
 
Tanınmış iqtisadçı, keçmiş nazir Fikrət Yusifovun "Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi"nin layihəsi də maliyyələşməyib. 
 
D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti Novela Cəfəroğlunun da layihəsi diqqətdən kənar qalıb. Ona münsiflər aşağı bal verib. 
 
Millət vəkili Hadı Rəcəblinin oğlu Tural Rəcəblinin sədri olduğu Azərbaycan Milli Avtomobil Klubu təşkilatının layihəsi də maliyyələşməyib. 

OXŞAR XƏBƏRLƏR