Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoydu

Suraxanı rayon icra hakimiyyəti 50 ailəni evsiz qoydu
SOSİAL
13:06 10.02.2017
911
Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 43 saylı binanın  5-8 bloklarında yaşayan 50 ailə evlərindən çıxarılıb. Bununla bağlı sakinlər müraciət edib. Bu il yanvarın 13-də sakinlərə deyiblər ki, 2 gün ərzində evi boşaldın, bina qəzalı vəziyyətdədir.

Sakinlər onlara heç bir sənəd təqdim olunmadığına, təminat verilmədiyinə görə evi boşaltmaqdan imtina ediblər. 

Yanvarın 25-də binanın işığı, qazı kəsilərək sakinləri çıxmağa məcbur ediblər. Ailələrə pərakəndə şəkildə 200-300 manat kirayə haqqı verilib. 

Hələ də binanın taleyi haqqında sakinlərə heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanıb. Sakinlərin bu vəziyyətə hələ neçə müddət tab gətirməli olduğu soruşulub. İstiqlal.az-ın sorğusuna cavab olaraq icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, bu  addım sakinlərin təhlükəsizliyi baxımından atılıb. Çünki onların yaşadıqları bina tam qəzalı şəraitdədir: "Sakinlərin köçürülməsi vacib idi. Çünki bu bina qəzalıdır və bu addımı bədbəxt hadisəyə yol verməmək üçün atmışıq. Fövqəladə Hallar Nazirliyi və digər dövlət strukturları bununla bağlı hazırda araşdırma aparırlar. Onların rəyindən asılı olaraq bina ilə bağlı qərar qəbul edəcəyik". (istiqlal.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb