Suraxanıda avtomobil piyadanı vuraraq öldürdü

SOSİAL
16:21 30.11.2024
157
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X. Ələkbərov küçəsində qeydə alınıb.

Tural Mahmudzadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR