"Sürix"in futbolçusu: "Qarabağ"ın zəif cəhətlərini bilirik"

"Sürix"in futbolçusu: "Qarabağ"ın zəif cəhətlərini bilirik"
İDMAN
20:32 18.07.2022
274
"Qarabağ"ın son iki oyununu izləmişik. Topla oynamağı sevirlər".

Bunu İsveçrənin "Sürix" komandasının futbolçusu Mirlind Kryeziu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O, "köhlən atlar"ın zəif cəhətlərini bildiklərini söyləyib: "Rəqib topsuz da pressinq edə bilir".

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.
 
///Report

OXŞAR XƏBƏRLƏR