Suriya Azərbaycana təşəkkür edib

Suriya Azərbaycana təşəkkür edib
SOSİAL
14:34 02.08.2025
313
Yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını və firavanlığını düşünə bilər.

AZXEBER.COM-un "Report”a istinadən verdiyi məlumata görə, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbidə deyib.

"Söz verildiyi kimi bu layihənin ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq vurğulayan Suriyanın energetika naziri bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi onlar üçün böyük xoşbəxtlikdir", - nazir qeyd edib.

Məhəmməd Əl Bəşir Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib
OXŞAR XƏBƏRLƏR