Suriya hava məkanını bağladı

Suriya hava məkanını bağladı
SOSİAL
15:31 29.03.2026
251
Suriya hökuməti mülki aviasiya nəzarət orqanı tərəfindən əvvəlcədən təsdiqlənmiş uçuşlar istisna olmaqla, bütün uçuşlar üçün hava məkanını bağlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS agentliyinə "Dəməşq" uçuş məlumat zonasının dispetçer xidmətindəki mənbə məlumat verib.

"Ölkənin hava məkanı ümumdünya vaxtı (UTC) ilə martın 30-u saat 21:00-dək (Bakı vaxtı ilə martın 31-i saat 01:00-dək - red.) bağlıdır" , - deyə agentliyin həmsöhbəti bildirib.

Suriya hava məkanında məhdudiyyətlər fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR