Suriya münaqişəsinin tərəfləri sülhü təmin edəcək qətnamə hazırlanması üçün səylərini birləşdirməlidir.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Con Kerri Cenevrə-2 sülh konfransının açılışında bildirib.
Onun sözlərinə görə, konfransda qərarların qəbuluna təsir edə biləcək bütün oyunçular iştirak edir: “Ümid edirəm ki, sülhü təmin edə biləcək qətnaməni hazırlaya bilərik”.