Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib

Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib
DÜNYA
21:52 31.10.2025
104
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını təhvil vermələrini tələb edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, avqust ayında keçirilən bir tədbirdə o, bahalı avtomobillərlə gələn vəzifəli şəxsləri və iş adamlarını tənqid edib. O, lüks avtomobil sahiblərini qanunsuz gəlir əldə etməkdə ittiham edib.

Qeyd olunur ki, tədbirin sonunda bir neçə açar dövlət başçısına təhvil verilib.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR