Suriya Rusiyanın bazaları haqqında sazişləri ləğv etmək niyyətində deyil

DÜNYA
20:21 27.12.2024
171
Suriyanın yeni hakimiyyəti yaxın vaxtlarda Rusiyanın ölkədəki hərbi bazalarından istifadə etməsi haqqında sazişləri ləğv etmək niyyətində deyil.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, məsləhətləşmələrin iştirakçıları Rusiya kontingentinin sayını müzakirə edirlər.

"Rusiya öz bazalarının hüquqi statusunu qorumağa çalışır. Danışıqlar hərbi əməliyyatların və rejim dəyişikliyinin fors-major, eləcə də Tartus və Latakiya vilayətlərindəki obyektlərin uzunmüddətli icarəsi haqqında müqavilələrin ləğvi üçün əsas hesab edilməməsinə yönəlib. Danışıqlar başa çatanadək Suriya tərəfi sazişləri pozmaq niyyətində deyil", - mənbə bildirib.

OXŞAR XƏBƏRLƏR