Rusiyanın Suriyada saxlanılan kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi ilə bağlı təklifi rəsmi Dəməşq tərəfindən rədd edilib.ANS PRESS-in "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən Suriyanın dövlət naziri Əli Heydər bildirib ki, Rusiyanın bu təklifini qəbul etmək mümkün deyil.Ə.Heydər, aparılan danışıqlar zamanı Dəməşq rəhbərliyinin bəzi təklifləri qəbul etməklə, Suriyaya qarşı müharibə bəhanələrindən birini ortadan qaldırdığını, bununla belə, gözlənilən xarici hərbi müdaxilə təhdidinin hələ də davam etdiyini deyib.Əsəd rejiminin bu təklifi gözlənilən "müharibə qorxusu" səbəbindən qəbul etmədiyini deyən nazir qeyd edib ki, əslində bu təklifi Suriyaya verilən güzəşt kimi qəbul etməmək lazımdır.Heydər vurğulayıb ki, ölkəsi hərbi müdaxiləyə və raket zərbələrinə məruz qalmayacağı təqdirdə, Dəməşq hökuməti kimyəvi silahlarla əlaqədar Konvensiyanı imzalamağa hazır olduğunu bəyan edəcək.