Suriya üzrə danışıqlar bu tarixdə keçiriləcək

Suriya üzrə danışıqlar bu tarixdə keçiriləcək
DÜNYA
19:27 07.11.2022
266
Noyabrın sonunda Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə Astana formatında danışıqların növbəti raundu keçiriləcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Suriya üzrə danışıqlar noyabrın sonunda baş tutacaq. Dəqiq tarixləri, böyük ehtimalla, gələn həftə açıqlayacağıq”, - o deyib.
OXŞAR XƏBƏRLƏR