İraq və Suriyanın şimalında keçirilən əməliyyatlarda ümumilikdə 13 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada bildirilib:
"Yorulmadan mübarizəyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında "Pençe-Kilit əməliyyatı" bölgəsində müəyyən edilən 11 PKK terrorçusunu, Suriyanın şimalında "Sülh çeşməsi" bölgəsində müəyyən edilən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Biz məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatları davam etdirəcəyik".
Oksana