Suriyada 6 Azərbaycan vətəndaşı öldürülüb

DÜNYA
12:51 17.09.2013
1497

Suriyada son günlər hökumət qüvvələri ilə gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan artıq mücahid həlak olub.

Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. 

Həlak olanlar «Nüsra Cəbhəsi»nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var. 

Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə “Mühacir və Ənsar” qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir.

Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.//apa

 

OXŞAR XƏBƏRLƏR