ABŞ Rusiya təyyarələrinin Suriyada Amerika pilotsuz təyyarələrini təqib etdiyini əks etdirən görüntülər yayıb.
AZXEBER.COM xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya döyüş təyyarələrinin Suriyada ABŞ pilotsuz təyyarələrinə qarşı "təhlükəli” və "qeyri-peşəkar” hərəkətlər etdiyini əks etdirən görüntülər yayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanı general-leytenant Aleks Qrinkeviç verdiyi açıqlamada, "ABŞ-nin 3 MQ-9 PUA-sı İŞİD hədəflərinə qarşı missiya yerinə yetirərkən, 3 Rusiya döyüş təyyarəsi PUA-ları təqib etməyə başladı", - deyə bildirib.
Qrinkeviç rus pilotun da öz təyyarəsini MQ-9-un qarşısına gətirdiyini və PUA-ların təhlükəsiz idarə olunmasının qarşısını aldığını bildirib: "Bu hadisələr Rusiya qüvvələrinin Suriyadakı həm ABŞ, həm də Rusiya qüvvələrini təhdid edən qeyri-peşəkar və təhlükəli hərəkətlərinin daha bir nümunəsidir”, - deyə qiymətləndirib.
Qrinkeviç açıqlamasında Rusiya qüvvələrini Suriyada bu cür hərəkətlərə son qoymağa çağırıb.
Gülay