Suriyada döyüşən azərbaycanlı danışdı - VİDEO

DÜNYA
14:35 10.04.2014
3589
Azərbaycandan Suriyaya gedən daha bir vahabinin videosu yayılıb.
AZXEBER.COM xəbər verir ki, Suriyada döyüşən Abdulla əl Azəri adlı vahabi üsyançıların internet televiziyasına müsahibə verib.
Abdulla Suriyadakı döyüşlərdən, mücahidlərin mübarizəsindən, dindən və başqa mövzular haqda danışıb.Qeyd edək ki, Azərbaycandan Suriyada döyüşə gedən vəhabilər əsasən iki qruplaşmada vuruşurlar: Mühacirlər Ordusu və İraq - Şam İslam Dövləti. 
Hər iki qruplaşmanın Al-Kaida ilə bağlılığı mövcuddur. Bu ilin yanvarından başlayaraq isə Mühacirlər Ordusu və İraq və Şam İslam Dövləti arasında baş verən fikir ayrılığı silahlı münaqişəyə çüvrilib və hal-hazırda davam edir. 
Müsahibə verən azərbaycanlı Mühacirlər Ordusundan qaçaraq İraq və Şam İslam Dövləti qruplaşmasına qoşulub və müsahibəsində əvvəlki qruplaşmanın səhvlərindən və xəyanətdən danışır.
AZXEBER.COM həmin videonu təqdim edir:
OXŞAR XƏBƏRLƏR