Suriyada Hizbullaha mina daşıyan şəxs öldürüldü

Suriyada Hizbullaha mina daşıyan şəxs öldürüldü
DÜNYA
19:23 03.12.2025
60
Suriyadan Livana yüzlərlə minanı qaçaqmalçılıq yolu ilə keçirmək cəhdinin qarşısı alınıb.

Qaçaqmalçılardan biri Suriya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, digər dörd nəfər isə həbs edilib.

Məlumata görə, zərərsizləşdirilən dəstə üzvləri minaları Hizbullaha ötürmək üçün Livana keçirməyə çalışıb.

Suriyanın Livanla sərhədə yaxın olan Yabrud adlı bölgəsinin təhlükəsizlik direktoru 1250 minanın Suriya təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirildiyini bildirib.

Qeyd edək ki, Suriyada keçmiş Prezident Bəşər Əsədin hakimiyyət dövründə Suriya Hizbullaha silah transferi üçün əsas koridor rolunu oynayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR