Suriyada İran istehsalı olan pilotsuz təyyarə vurulub.
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, hadisə ət-Tanf şəhərinin yaxınlığında baş verib.
"Shahed 129" model pilotsuz təyyarə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən vurulub.
Qeyd edək ki, "Shahed 129" İranda istehsal olunur. Onun ilk modeli İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən (SEPAH) 2013-cü ildə təqdim olunub.