Suriyada İŞİD-ə qarşı əməliyyatda 13 nəfər ölüb

Suriyada İŞİD-ə qarşı əməliyyatda 13 nəfər ölüb
DÜNYA
21:37 03.02.2022
299
Suriyanın İdlib şəhərində İŞİD-ə qarşı əməliyyatda 13 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Suriya Milli Ordusu" adlanan qurumun nümayəndəsi "RİA Novosti"yə bildirib.

Öldürülən 13 nəfərin hamısı dinc sakindir. Onlardan 6-sı uşaq, 4-ü qadındır.

Əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinə məxsus helikopterlərdən biri sıradan çıxıb.

Bəzi mənbələrə görə, öldürülənlər İŞİD terrorçularının ailə üzvləridir.
OXŞAR XƏBƏRLƏR