Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra Dəməşqdəki Əməvi məscidində ikinci dəfə cümə namazı qılınacaq.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Dəməşqdə minlərlə insan hökumətin devrilməsindən sonra keçən həftə Əməvi məscidində ilk cümə namazını qılıb. Ölkənin hər yerindən paytaxta gələn vətəndaşlar bayramların mərkəzinə çevrilən tarixi məscidə axışıb, camaat cümə namazında bir yerdə olub.
Əməvi məscidində Əsəd rejimindən sonra qılınacaq ikinci cümə namazından əvvəl divardakı Hafiz Əsədin adı ictimaiyyət tərəfindən sökülüb.
Paytaxtın mərkəzində yerləşən və "Böyük Dəməşq Məscidi" kimi də tanınan Əməvi məscidi dünyanın ən böyük və ən qədim məscidlərindən biri hesab olunur.
Qeyd edək ki, noyabrın 27-də əməliyyatlara başlayan müxaliflər 12 gündə paytaxt Dəməşqə çataraq 61 illik Baas rejimini devirdilər. Rejim devrildikdən sonra Bəşər Əsəd də Rusiyaya qaçıb.
Gülay