Suriyanın Hələb şəhərində Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçusu həlak olub.
Həlak olan şəxs Hələb şəhərindəki mobil hospitalda xidmət edən tibb bacısıdır.
Hospitalın atəşə tutulması nəticəsində daha 2 rusiyalı hərbçi yaralanıb. Onlar da tibb işçiləridir.
Rusiyanın Müdafiə Nazirliyi olayda Suriya müxalifətini suçlayıb.
///Milli.Az