Suriyada Rusiya helikopteri qəzaya uğradı

DÜNYA
12:13 12.04.2016
1286
Pilotlar hadisə yerində ölüblər.
Rusiya Silahlı Qüvvələrinin Mi-28N helikopteri Suriyada qəzaya uğrayıb, iki pilot həlak olub.
Bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatında bildirilir.
Məlumata görə, helikopterin çərşənbə axşamına keçən gecə Suriyanın Homs şəhəri yaxınlığında yerə düşüb.
“İki ekipaj üzvü həlak olub. Axtarış-xilasetmə işləri nəticəsində həlak olan pilotların cəsədləri təxliyə olunaraq, Xmeymim aviabazasına gətirilib. Qəza yerindən məruzəyə əsasən, helikopterə atəş açılmayıb”, - deyə, sənəddə bildirilir.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR