Suriyadan 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb

Suriyadan 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb
DÜNYA
20:11 07.05.2024
159
Suriyanın şimal-şərqindən 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkəyə qaytarılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X"də yazıb.

O qeyd edib ki, bu, ABŞ vətəndaşlarının Suriyanın şimal-şərqindən indiyə qədər ən böyük repatriasiyası olub: "Bu əməliyyatın bir hissəsi olaraq ABŞ Kanada, Finlandiya və Niderlanddan olan vətəndaşların repatriasiyasını da asanlaşdırıb".
OXŞAR XƏBƏRLƏR