Suriyadan olan ermənilərin Qarabağda yerləşdirilməsi qeyri-qanunidir - RƏSMİ BAKI
Bütün Xəbərlər
11:55 06.08.2012
1061
Rəsmi Bakı Suriyadan olan ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinin qeyri-qanuni olması məsələsini Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan işğal olunmuş tarixi torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılmasını bundan əvvəlki hesabatlarda da qeyd edib.