BMT Qacqınlar üzrə Ali Komissarliğının Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, üç ildir ki, davam edən münaqişə nəticəsində onlarla qadın, uşaq və kişilər bellərində yalnız paltar yükləriilə Suriyanı tərk edir.Yalnız 12 ay ərzində ölkəni tərk edən insanların sayının təxminən 1,8 milyona çatması qorxuducu haldır. Bir il bundan əvvəl suriyalı qaçqınların və qaçqın statusu almaq üçün gözləyənlərin sayı 230671 nəfər təşkil edirdi.“Suriya əsrimizin faciəsinə çevrilmişdir – tələfat və çox sayda insanın doğma torpaqlarını tərk etməsi ilə müşahidə olunan biabrçı humanitar fəlakət” BMT-nin Qaçqınlar üzrə Ali Komissarı António Guterres demişdir. “Qonşu ölkələrin onlarla qaçqını qəbul edərək xilas etməsi yeganə təsəlliverici haldır”.Suriyalı qaçqınların 97 faizdən çoxu qonşu ölkələrdə məskunlaşaraq həmin dövlətlərin infrastruktur, iqtisadiyyatları və cəmiyyətləri üçün ağır yükə çevriliblər. Həmin ölkələrin bu böhranın öhdəsindən gələ bilmələri üçün təcili böyük-həcmli beynəlxalq yardıma ehtiyacları var.BMT QAK-ın xoşməramlı səfiri Angelina Jolie məsələnin əsas mahiyyətinə toxunaraq bir çox suriyalını öz ölkələrini tərk etməyə məcbur edən ölüm, itki və təhlükə səviyyəsinə görə narahatlığını ifadə etmişdir. “Dünya Suriya humanitar böhranına qarşı laqeyd qalmaq təhlükəsilə üzləşəbilər. Münaqişə ərzində baş verən kütləvi insan itkiləri böyük təhlükələr yaradır. Əgər vəziyyət pisləşməkdə davam etsə qaçqınların sayı daha da artacaq və bir sıra qonşu ölkələr dağılmaq təhlükəsi ilə üzləşəbilər”. “Dünya ölkələri arasında Suriya münaqişəsinin həlli məsələsində ciddi fakir ayrılıqları mövcuddur” xanım Jolie qeyd etmişdir. “Lakin insanların xilas olunmasında heç bir fakir ayrılığı olmamalıdır və şübhəsiz ki, dünya ölkələri bu istiqamətdə daha çox iş görməlidirlər. Biz evlərindən didərgin düşmüş milyonlarla günahsız insane yardım etməli və qonşu ölkələrə insane axının öhdəsindən gələ bilmələri məqsədilə dəstək olmalıyıq”.Hər gün orta hesabla, 5 minə yaxın suriyalı qonşu ölkələrə köçür, humanitar yardımın artırılması və onları qəbul edən icmalara dəstək olunması zərurəti kritik həddə çatmışdır. Ətraf ölkələrə kütləvi qaçqın axınını yaratdığı iqtisadi və digər çətinlikləri nəzərə alaraq İraq, İordaniya, Liviya və Türkiyədən nazirlər beynəlxalq yardımın tezləşdirilməsi məqsədilə sentyabr ayının 4-də Cenevrədə BMT QAK-la görüş keçiriblər.2 milyon – qaçqın və ya qaçqın statusu almaq üçün gözləyən suriyalıların sayıdır. Avqustun sonuna qədər onlardan 110 mini Misirdə, 168 mini İraqda, 515 mini İordaniyada, 716 mini Liviyadavə 460 mini Türkiyədə məskunlaşmışdır. Onların 52 faizini 17 yaş və ondan kiçik uşaqlar təşkil edir. BMT QAK, bu yaxınlarda, avqust ayının 23-də suriyalı qaçqın uşaqların sayının 1 milyonu keçdiyini bildirmişdi.BMT‐nin Humanitar İşlərin Əlaqələndirilməsi Departamentinin avqustun 27-də verdiyi məlumata əsasən Suriya daxilində 4,25 milyon insane köç etmişdir. Ümumilikdə, 6 milyondan çox suriyalı öz evlərindən didərgin düşmüşdür ki, bu da digər ölkələrlə müqayisədə Suriyada daha çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını göstərir.BMT QAK Suriyada aktiv şəkildə fəaliyyət göstərir və qaçqınlarla bağlı yaranmış böhranın öhdəsindən gəlmək üçün ətraf ölkələrə humanitar yardımın göstərilməsinə rəhbərlik edir. Qaçqınların əsas ehtiyaclarının qarşılanması üçün yalnız 47% maliyyə yardımına ehtiyac olduğuna baxmayaraq humanitar təşkilatların maliyyə resursları çox azdır.