Suriyalı qadınlar yardım qarşılığında cinsi əlaqəyə məcbur edilir

Suriyalı qadınlar yardım qarşılığında cinsi əlaqəyə məcbur edilir
DÜNYA
19:31 27.02.2018
4127

Suriyada BMT və digər qurumların göndərdiyi humanitar yardımı daşıyan şəxslər bunun qarşılığında suriyalı qadınları cinsi əlaqəyə zorlayırlar. "Qafqazinfo” xəbər verir ki, bu barədə BBC mənbəsinə istinadən məlumat yayıb. 

Üç il əvvəl də bu tipli hadisələrin yaşanması ilə bağlı xəbərdarlıqlar edilsə də, xüsusən də Suriyanın cənubunda anoloji olayların davam etdiyinə dair hesabat hazırlanıb. 

BMT və humanitar yardım qurumları cinsi istismar və təcavüz olaylarında qəti şəkildə güzəştə getməyəcəklərini və bölgədə işbirliyi qurduqları yerli yardım qurumları işçiləri tərəfindən həyata keçirilən bu olaylardan xəbərsiz olduqlarını ifadə ediblər. 

BBC-yə danışan yardım qurumları işçiləri bildiriblər ki, cinsi əlaqə tələbləri o qədər sıx hal alıb ki, bəzi suriyalı qadınlar yardım dağıtma məntəqələrinə getməkdən imtina edirlər. Onlar insanların yardım üçün əlaqəyə girdiklərini düşünmələrindən qorxurlar. 

Yardım qurumu işçilərindən biri isə bildirib ki, bir çox beynəlxalq quruluş baş verənlərə göz yumur: "Çünki bu təhlükəli bölgələrə yardım çatdırmağın tək yolunun yerli qurumlarla birlikdə çalışmaqdan keçdiyini düşünürlər”. 

BMT Əhali Fondunun araşdırmasına görə, Suriyanın bir çox vilayətində humanitar yardım qarşılığında cinsi əlaqə tələbləri geniş yayılıb. "Suriyanın səsləri 2018” hesabatında deyilir ki, qadınlar və qız uşaqlar seksual əlaqə üçün qısa müddətə həmin şəxslərlə evləndirilir və ancaq bu yolla yardım almaq mümkün olur. Yardım paylayanlarla keçiriləcək bir gecə qarşılığında qida paketləri ala biləcəkləri söylənilir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"