Suriyalı terrorçu: Şəhid olub 72 hüri alacaqdım

Suriyalı terrorçu: Şəhid olub 72 hüri alacaqdım
DÜNYA
12:52 10.04.2015
1498
“20 gün təlim keçdim”.
Suriyada gedən müharibədə Əl-Qaidə ilə əlaqəli “Nüsrə Cəbhəsi”ndə döyüşmüş türk əsilli alman vətəndaşı, 22 yaşlı Ufuk C. dünən Münhendə məhkəmə qarşısına çıxıb.
Oxu.Az Sözcü qəzetinə istinadən xəbər verir ki, terror şəbəkəsinə üzv olmaqda günahlandırılan Ufuk C. məhkəməyə ifadəsində Suriyaya oradakı müsəlmanlara dəstək olmaq üçün getdiyini bildirib.
“Orada şəhid olub 72 huri alacaqdım. 20 gün təlim keçdim. 6 atəşdən yalnız birini hədəfə vura bildim. Daha sonra Almaniyaya qayıtdım”, - deyə, Ufuk C. bildirib.
Qeyd edək ki, gənc ötən ilin aprelindən iyul ayınadək Suriyada olub və qayıdarkən Almaniyada həbs edilib.
OXŞAR XƏBƏRLƏR