Suriyanın Londondakı səfirliyi yenidən açılıb

Suriyanın Londondakı səfirliyi yenidən açılıb
DÜNYA
19:11 13.11.2025
84
Suriyanın Böyük Britaniyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Bu barədə Suriyanın xarici işlər naziri Həsən əl-Şeybani "X” hesabında bildirib.

O, səfirliyin binasında Suriya bayrağını qaldırıb.

"Əsəd rejiminin illərdir yaratdığı təcriddən sonra bu gün Londonda Suriya səfirliyi yenidən açılır. Suriya öz azad kimliyi ilə dünyaya qayıdır”, - XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Suriyanın keçmiş hökuməti dövründə Britaniya ilə Suriya arasında diplomatik əlaqələr kəsilib.
 

OXŞAR XƏBƏRLƏR