Suriyanın şimal-şərqində helikopter qəzaya uğradı: 22 əsgər yaralandı

Suriyanın şimal-şərqində helikopter qəzaya uğradı: 22 əsgər yaralandı
DÜNYA
11:47 14.06.2023
156
Suriyanın şimal-şərqində helikopter qəzaya uğrayıb.

AZXEBER.COM xəbər verir ki, Suriyanın şimal-şərqində helikopter qəzasında yaralanan 22 ABŞ əsgərindən 10-u müalicə üçün Almaniyaya aparılıb.

Terror təşkilatı DEAŞ-la mübarizə aparmaq üçün Suriyadakı ABŞ komando birliyinin 10 əsgəri helikopter qəzasında yaralanaraq Almaniyada müalicə olunub.

Səlahiyyətlilər komandoları daşıyan MH-47 Chinook helikopterinin aydın olmayan səbəbdən qəzaya uğradığını, ağır yaralanan 10 əsgərin Almaniyadakı Amerika xəstəxanasına aparıldığını, lakin onların heç birinin həyatı üçün təhlükə olmadığını qeyd edib.

Yaxın Şərq və Cənubi Asiyadakı əməliyyatlara nəzarət edən Pentaqonun Mərkəzi Komandanlığı verdiyi qısa açıqlamada Suriyanın şimal-şərqində qəza nəticəsində 20-dən çox əsgərin yaralandığını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR