Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirildi

DÜNYA
16:31 20.12.2024
123
Suriyanın şimalında hücuma hazırlaşdığı təsbit edilən 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
 
Nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilib:
 
"Türk Silahlı Qüvvələrimiz terror təşkilatlarına qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdirir. Əsgərlərimiz Suriyanın şimalında hücuma hazırlaşdığı təyin olunan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
 
Biz terrorun kökündən məhv edilməsi mövzusunda qərarlıyıq".
 
Oksana

OXŞAR XƏBƏRLƏR