Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirildi

DÜNYA
16:42 03.12.2024
154
Suriyanın şimalında Fərat Qalxanı və Barış bulağı bölgələrində müəyyən edilən 7 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Nazirliyin sosial media hesabından edilən açıqlamada bildirilib:
 
"Terrorçular onları gözləyən sondan qaça bilməz və qaça bilməyəcək. Suriyanın şimalındakı Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində müəyyən edilən 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
 
Terror təşkilatlarına qarşı mübarizəmiz , harada olurlarsa olsunlar, son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək".
 
Oksana

OXŞAR XƏBƏRLƏR