Sürücülər niyə təhlükəsizlik kameralarına maraq göstərmir? - VİDEO
Bütün Xəbərlər
21:33 17.01.2013
1116
Son vaxtlar baş verən yol nəqliyyat hadisələrinin sayı durmadan artır. Qəzaların hansı sürücünün günahı ucbatından baş verməsi əksər hallarda narazılıqlara səbəb olur. Əlbəttə ki, ekspertiza bütün məsələlərə aydınlıq gətirir. Lakin heç kim öz ayranına turş demədiyi kimi, sürücülər də təqsirkar olsa belə özünü təmizə çıxarmağa çalışır. Mütəxəssislər isə belə halların qarşısını almaq məqsədi ilə maşınlarda kameraların quraşdırılmasını vacib sayırlar. Avtomobil ehtiyyat hissələri satışı mağazasının sahibi Səid Cavadovun sözlərinə görə, sürücülərin məlumatsızlığından kameralara maraq azdır. Hər kəs öz təhlükəsizliyi ilə yanaşı avtomobillərinin də təhlükəsizliyinin qeydinə qalmalıdır.Maşın kamerası üzrə mütəxəssis Səid Cavadovun sözlərinə görə, insanların məlumatı olmadığından kameralara maraq yoxdur: “İnsanların təhlükəsizliklərini təmin etmək üçün belə kameraların quraşdırılması məqsədəuyğundur”.Təhlükəsizlik məqsədi ilə avtomobildə quraşdırılan cihaz vasitəsi ilə yolda baş verə biləcək hər hansı qəzanı, maşında baş verə biləcək hər hansı oğurluq hadisəsini anbaan kameranın obyektivinə köçürtmək mümkündür. Eləcə də, lentə almaq olar. Satıcılar bildirir ki, ay ərzində satılan kameraların əksəriyyətini xarici markalı maşınların sahibləri alır. Kameranı avtomobilə quraşdırmaq isə o qədər də çox vaxt aparmır, cəmi 5 dəqiqə.Onu da deyək ki, avtobillər üçün nəzərdə tutulan kameralar istehsal ölkəsindən və modelindən asılı olaraq 50-150 manat arası dəyişir.