Sürücülər üçün Tədris Proqramı təsdiqləndi

Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
SOSİAL
18:09 25.07.2025
151

"Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da dəyişiklik edilib.

AZXEBER.COM xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə” və "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, habelə avtomobil nəqliyyatı ilə yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə" tədris proqramları yenilənib.
OXŞAR XƏBƏRLƏR