Sürücülərə XƏBƏRDARLIQ: Bəzi avtomobillər hər an partlaya bilər

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi avtomobillər hər an partlaya bilər
SOSİAL
22:54 04.03.2024
332
Son illər qazla işləyən avtomobillərin sayında artım müşahidə olunur. İstər qiymət, istərsə də sərfiyyat baxımından olduqca qənaətcil olan bu maşınlar bir çox alıcı üçün sərfəli hesab olunur. Lakin qazla çalışan mühərrikə malik avtomobillərdə partlayış və yanğın riskləri digərlərinə nisbətən qat-qat daha çoxdur. Texniki qulluq düzgün aparılmadıqda və nasazlıq meydana gəldikdə bu qəbildən olan avtomobillər sözün əsl mənasında potensial partlayıcıya çevrilir. Bəs görəsən qazla çalışan avtomobillərin sürücüləri nələrə diqqət etməlidir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qaz mühərrikli avtomobillərin alışmasının və partlamasının müxtəlif səbəbləri var:

"Ümumiyyətlə avtomobillər üçün benzindən başqa istifadə olan yanacaqlara alternativ yanacaq vasitələri deyilir. Buna dizel, elektrik və maye qazla işləyən maşınlar aiddir. Qazla işləyən nəqliyyat vasitələrinin özünəməxsus payı var. Eyni zamanda qazla çalışan maşınlar xüsusi diqqət tələb edir. Qazla işləyən maşınlar müdaxilələr olduqda alışa və hətta partlaya bilər. Eyni zamanda yanacaq ötürücüləri mühərrikə düzgün qoşulmadıqda da təhlükə yaranır. Əsasən iqlimi ifrat dərəcədə isti olan ölkələrdə ümumiyyətlə qazla işləyən avtomobillərin istifadəsi təhlükəlidir və qəbul olunmur. Azərbaycan gəldikdə isə, son 5 ildə qazla işləyən maşınlarda hansısa partlayış qeydə alınmayıb. Amma bəzi hallarda alışma və yanma hədisələri özünü göstərir və bu o demək deyil ki, bu cür maşınlar qazla bağlı partlayışdan sığortalanıb”. 

Ekspert sürücülərin diqqət etməli olduğu nüanslara aydınlıq gətirib:

"Bu növ maşınlara mütləq şəkildə ciddi nəzarət və vaxtında yoxlanışlar lazımdır. Qazla işləyən avtomobillərin təmiri zamanı usta seçiminə diqqət etmək əsas şərtdir. Bəzən olur ki, ustalar hansısa vacib ehtiyat hissəsini atır və avtomobilə qoşmur. Bu isə özlüyündə qaz sızıntısına və avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər. Qaz mühərrikli maşınlar digərlərinə nisbətən dəhşətli dərəcədə təhlükəlidir. Bu cür maşınlar partladıqda ətrafda faciəvi və dağıdıcı fəsadlar verir. Belə hallarla qarşılaşmamaq üçün mütləq şəkildə avtomobilin texniki baxımına və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Sürücülərə tövsiyəm odur ki, ümumiyyətlə çalışdıqları qədər digər yanacaq növlərində çalışan avtomobillərə üstünlük versinlər. Düzdü, qaz mühərrikli avtomobillər benzin və dizellə müqayisədə olduqca qənaətcildir, sadəcə onun texniki baxımına həssas yanaşılmalıdır”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər