Bu gündən kameralar vasitəsilə də cərimə yazmaq olacaq.
AZXEBER.COM xəbər verir ki, bu haqda nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, İXM-ə edilən və bu gündən qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
Ərşad Hüseynov həmçinin əlavə edib ki, cəriməni yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.
Aydın