Sürücülərin nəzərinə: Azneft dairəsi iki günlük bağlanır

Sürücülərin nəzərinə: Azneft dairəsi iki günlük bağlanır
SOSİAL
10:40 07.04.2023
311
Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə AZXEBER.COM-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", deyə DYP əməkdaşı bildirib.
OXŞAR XƏBƏRLƏR