Sürücülərin nəzərinə: bu yolda hərəkət edərkən diqqətli olun!

Sürücülərin nəzərinə: bu yolda hərəkət edərkən diqqətli olun!
SOSİAL
11:30 31.01.2019
4384
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. 

AZXEBER.COM xəbər verir ki, işlər bir-neçə gün ərzində davam etdiriləcək.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR