Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırıldı

Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırıldı
SOSİAL
12:13 04.08.2023
149
Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi - "Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.
OXŞAR XƏBƏRLƏR