Sürücülərin nəzərinə: Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz

Sürücülərin nəzərinə: Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz
SOSİAL
13:22 01.02.2022
263
Azərbaycanda taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına və durmasına görə cərimə müəyyənləşir.

AZXEBER.COM xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
OXŞAR XƏBƏRLƏR