Bu gün səhər saatlarından başlayaraq Bakının bir çox ərazilərində tıxac hökm sürür.
AZXEBER.COM xəbər verir ki, yollardakı vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Sıxlıq müşahidə olunan yolları təqdim edirik:
1. Ağa Nemətulla küçəsi – əsas yol və köməkçi yol - Heydər Əliyev prospekt ilə kəsişmə istiqamətindən başlayaraq Təbriz küçəsi ilə kəsişməyə qədər, eyni zamanda Nəriman Nərimanov metro stansiyasına doğru;
2. 28 May küçəsi – Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Ziya Bünyadov prospekti – əsas yol - əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində;
4. Akademik Həsən Əliyev küçəsi – 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;
6. Afiyəddin Cəlilov küçəsi – Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində.