Sürücülərin nəzərinə - Texniki baxışdan əlavə 40 manat ödəməli olacaqlar

Sürücülərin nəzərinə - Texniki baxışdan əlavə 40 manat ödəməli olacaqlar
SOSİAL
21:28 22.12.2023
864
Xəbər verdiyimiz kimi, avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliklər təsdiqlənib. 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək qərara əsasən nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

Nəqliyyat məsələləri üzrə eksperti Elməddin Muradlı avtomobillərin texniki baxışı ilə bağlı dəyişiklikləri haqda "Yeni Sabah”a fikirlərini bildirib:

"Utilizasiya prosesi ilə bağlı başlanğıc nöqtə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş və 2019-2023-cü illəri əhatə edən "yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı” sayılır. Bu sənəddə göstərilir ki, istismara yararsız, köhnə avtomobillərin utilizasiyası həyata keçirilsin. Bununla bağlı 4 ildən çox vaxt keçəndən sonra nəhayət proqram təsdiqləndi. Baş nazirin qərarı ilə utilizasiya prosesinə start verilir. Digər qurumlar da öz üzərinə düşən işləri yerinə yetirəcəklər. Bunlardan biri də Daxili İşlər Nazirliyidir. Həmin qurum utilizasiya haqqının ödənilməsi ilə bağlı qaydaları təsdiqləyib. Texniki baxış zamanı vətəndaşlar əlavə olaraq avtomobilin ilinə görə 30 manatdan 40 manata qədər əlavə rüsum ödəyəcəklər. Bu utilizasiya fonduna köçürüləcək məbləğdir və yol polisinə, DİN-ə heç bir aidiyyatı yoxdur. Bu məbləğ fondda toplanaraq, gələcəkdə avtomobillərini utilizasiyaya verən şəxslər üçün ayrılacaq. Proses bununla bağlıdır və texniki baxışa heç bir aidiyyatı yoxdur”.

Ekspert istismar müddəti bitən avtomobilləri yeriyən tabut adlandırıb:

 

"Köhnə avtomobillərin istismardan yığışdırılması müsbət haldır. Hər kəs bunu istəyir. Çünki ölkədə baş verən yol qəzalarının 70 faizdən çoxu köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu nəqliyyat vasitəsi yox, yeriyən tabutlardır. Həmin səbəbdən istismar müddətini başa vurmuş avtomobillərdən yaxa qurtarmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi