Sürücülərin nəzərinə - Yollarda duman olacaq

SOSİAL
16:43 06.10.2024
317
Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də gecə və səhər bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
OXŞAR XƏBƏRLƏR