Goranboyda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərinə yaxın olan ərazidə baş verib. 1981-ci il təvəllüdlü Ramin Mansurov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R.Mansurov özünəməxsus avtomobil ilə Bakıdan Gəncəyə gələrkən Dəlməmmədlidə maşınındakı texniki problem səbəbində yol kənarında dayanıb.
Bu zaman bir neçə nəfər şəxs Ramin Mansurovu bıçaqlayıb və üzərində olan 1000 manat pulu götürərək ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.