Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü

Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
SOSİAL
10:19 31.07.2021
3813
Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb. Bildirilib ki, sürücü Məmmədov Samir Həsən oğlu idarə etdiyi "Range Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib:

"Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

Qeyd edilib ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində təhqiqat aparılır.
X. Kazımlı Biləsuvar rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub. Oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir. 
OXŞAR XƏBƏRLƏR