Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
SOSİAL
21:31 17.06.2026
139
Azərbaycanda sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, hazırda belə avtomobıllərin  istismarı qaydalarının tənzimlənməsi ilə bağlı qanunverici orqanlarda müzakirələr aparılır.

Ekspertin sözlərinə görə, avtonom nəqliyyat vasitələri hazırda dünyanın bir çox ölkəsində geniş yayılıb. Belə nəqliyyat vasitələrində naviqasiya sisteminə müvafiq ünvanı daxil etmək kifayətdir ki, avtomobil sərnişini təyin olunmuş ünvana təhlükəsiz şəkildə çatdırsın.

Elməddin Muradlı həmçinin onu da vurğuladı ki, avtonom nəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq olunacaq qaydaları hazırlayarkən risklər də nəzərə alınmalıdır.

OXŞAR XƏBƏRLƏR