"Survivor" yarışması ilə tanınan və müxtəlif cinayətlərdən Cənubi Kiprin Rum əyalətində 18 il həbs cəzası alan Taner Tolga Tarlacıdan xəbər var.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarlacının yaxın dostu Tahsin Obuz onun yenidən mühakimə olunacağını bildirib.
O, "instaqram" hesabında paylaşım edərək, Tarlacının həbs cəzasının ləğv edildiyini açıqlayıb.
Obuz paylaşımında "Taner ilə indicə telefonda danışdım. Onun 18 illik həbs cəzası ləğv olunub, noyabrda yenidən mühakimə olunacaq" deyəbildirib.
Aysel