"Şuşa 2022 - Qarabağ Geyimləri" Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTO

"Şuşa 2022 - Qarabağ Geyimləri" Kolleksiyasının təqdimat mərasimi keçirildi - FOTO
SOSİAL
13:52 08.05.2022
500
06 may 2022-ci ildə Daş Salnamə Muzeyində Bakı Milli Geyim Evi Şuşa ilinə həsr edilmiş "Şuşa 2022 – Qarabağ Geyimləri” Kolleksiyasının təqdimat mərasimini keçirib.

AZXEBER.COM xəbər verir ki, mərasimdə millət vəkilləri, modelyerlər, KİV rəhbərləri, media və ictimaiyyətin digər nümayəndələri iştirak edib. Təqdimat mərasimini açıq elan edən sənətşünas-aparıcı Xəyalə Rəis qonaqları salamladıqdan sonra dəfilə iştirakçılarını podiuma dəvət edib.

Qarabağla bağlı musiqilərin sədaları altında gənc modelyerlər bir-birinin arxasınca podiuma daxil olub xüsusi zövqlə hazırlanmış, qədimliklə müasirliyi özündə ehtiva edən milli geyimləri, örtükləri, araqçınları, ləbbadələri nümayiş etdiriblər.

Kişilər üçün hazırlanmış Qarabağ geyimləri Cəngi sədaları altında Qələbənin möhtəşəmliyini öz çalarları ilə daha qabarıq göstərirdi. Şuşa qələbəsinə həsr edilmiş, xüsusi hazırlanmış nəfis tərtibatlı ağ milli geyim hər bir Azərbaycan xanımının arzusunda olduğu formada hazırlanıb. Dəfilədəki təqdimatların gurultulu alqışlanması iştirakçıların kolleksiyada təqdim edilən bütün geyimlərdən razı qalmalarından xəbər verirdi.

Tanınmış modelyer Fəxriyyə Xələfova və millət vəkili Aydın Mirzəzadə çıxış edərək uğurla baş tutan, anşlaqla qarşılanan Kolleksiya təqdimatı üçün Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylini təbrik edərək, müasir dövr üçün Qarabağ geyimlərinin önə çəkilməsinin vacib olduğunu vurğulayıblar.

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli gələn qonaqlara təşəkkür edərək bildirib ki, Qələbə xəbərini Parisdə göz yaşları ilə eşidən gündən Şuşa geyimləri, Qarabağ geyimləri Kolleksiyası hazırlayaraq təqdimat etməyi qarşıya məqsəd qoyub. Parçaları və geyimlərin aksessuarlarını xaricdən seçərək gətirdiyini, bu kolleksiyanın heç də asan başa gəlmədiyini vurğulayan Könül xanım əziyyətin bəhrəsinin bəyənilməsindən şad olduğunu, növbəti Qarabağ Geyimləri Kolleksiyasını Şuşada keçirmək arzusunu bildirib. Şuşa ilinə həsr edilmiş Bakı Geyim Evi "Şuşa 2022 – Qarabağ Geyimləri” Kolleksiyasının təqdimat mərasimi sonda xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu