"Şuşa" adını dəyişdirib, "Buta" etdilər - Utancverici hadisənin təfərrüatı - VİDEO

SOSİAL
08:49 23.01.2022
2815

"Bizə təklif etdilər ki, komandanın adı olan "Şuşa"nı dəyişək".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasov deyib.

O deyib ki, ikinci tura adlayan zaman Ruben Jaqinyan adlı şəxs onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirib. 

Nəticədə komandanın adı dəyişdirilərək "Buta” ilə əvəzlənib.

Bu addım isə, çox böyük səs-küyə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri bu addımı atanları qınayıb, ümumiyyətlə onların tədbirdən ayrılmalı olduqlarını bildiriblər.

"Baku Tv" məsələ ilə bağlı sujet də hazırlayıb. Həmin sujeti təqdim edirik: 

 

 


 

OXŞAR XƏBƏRLƏR